“Azərişıq”: “Qara, çovğuna baxmayaraq...” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

“Azərişıq”: “Qara, çovğuna baxmayaraq...”

“Azərişıq”: “Qara, çovğuna baxmayaraq...”

“Azərişıq” ASC tərəfindən iri miqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilib ki, bunun da nəticəsində son günlərdə hava şəraitinin kəskin dəyişməsi, qar-çovğunlu keçməsi istehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsinə təsir etməyib.

Rayon mərkəzlərində, qəsəbə və kəndlərində olan istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün yararsız, istismar müddəti başa çatmış avadanlıq müasir tipli avadanlıqlarla əvəz olunub, uzun illər istismar olunan agac dayaqlar yeni dəmir və dəmir beton dayaqlarla əvəzlənib, yararsız vəziyyətə düşmüş və heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəz olunub.

Belə ki, təkcə 2016-cı ildə regionlarda 30,7 km 110 kV-luq hava xətləri, 59,0 km 35 kV-luq kabel və 308,7 km hava xətləri, 338,7 km 6-10 kV-luq kabel və 1810,7 km hava xətləri, 420,5 km 0,4 kV-luq kabel və 376,6 km hava xətləri, 2640,7 km özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) çəkilib. 960 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb, 127 589 ədəd dayaq basdırılıb. Bundan əlavə, uzunluğu 35,3 km 110 kV-luq, 128,3 km 35 kV-luq, 416,7 km 6-10 kV-luq və 901,7 km 0,4 kv-luq hava xətlərində təmir işləri aparılıb.

Görülmüş tədbirlər on minlərlə abonentin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərir. İstehlakçıların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər 2017-ci ildə də uğurla davam etdiriləcəkdir.

“Azərişiq” ASC-nin mətbuat xidməti

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *