Elektrik dirəyi aşdı, 18 yaşlı oğlan öldü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Elektrik dirəyi aşdı, 18 yaşlı oğlan öldü – LERİKDƏ FACİƏ

Elektrik dirəyi aşdı, 18 yaşlı oğlan öldü


Ötən gün Lerik rayonunun Cənginəvud kəndində çürümüş elektrik dirəyinin aşması nəticəsində insan ölümü ilə nəticələnən faciə hadisə baş verib.

Kənd sakinlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, elektrik dirəyi 18 yaşlı Səfərov Elmir İlqar oğlunun üstünə aşıb: “Elmir faciəli şəkildə dünyasını dəyişdi. 15 gün əvvəl də, yəni oktyabrın 18-də çürümüş elektrik dirəklərinin aşması nəticəsində kənd sakini Həsənov Qurbanəlinin iki inəyini tok vuraraq tələf edib.

Rayon icra hakimiyyətinə, işıq idarəsinə dəfələrlə problem barədə müraciət etmişik. Amma bunu nəzərə alan olmayıb. Yəqin ki,insan ölümü baş verəndən sonra qurumlar bu problemi həll etməyə başlayacaqlar”.

“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, hazırda hüquq mühafizə orqanları hadisənin baş vermə səbəblərini araşdırır:

“Hadisə araşdırıldıqdan sonra nəticə bəlli olacaq. Məndə olan məlumata görə, hadisə baş verən ərazidən keçən elektrik naqillərində və dayaqlarda heç bir qəzalı vəziyyət olmayıb. Hadisə şahidlərinin deməsinə görə, hava yağmurlu olub. Ehtimal olunur ki, həlak olan şəxs naməlum səbəbdən dirəyə dırmaşıb. Ola bilər ki, havanın yağışlı olması təhlükəni daha da artırıb. Ümumiyyətlə, ərazidən keçən elektrik naqillərində və dayaqlarda təhlükə yoxdur.

Oktyabrın 18-də isə, ərazidə güclü külək əsməsi nəticəsində naqillər qırılaraq orada otlayan iki buzovun üstünə düşüb. Bu da təbiət hadisəsidir. Biz buna nə edə bilərik ki?

Qeyd edim ki, “Azərişıq” ASC bütün bölgələrdə irimiqyaslı yenidənqurma işləri həyata keçirir. Bütün regionlarda yararsız vəziyyətdə olan elektrik naqilləri və dayaqlar dəyişdirilir, taxta çürümüş dayaqlar dəmir beton dayaqlarla əvəz olunur. Gələcəkdə də bu işlər davam etdiriliəcək”.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *