Bakıda ağac maşının üstünə aşdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Bakıda ağac maşının üstünə aşdı – VİDEO

Bakıda ağac maşının üstünə aşdı


Son günlər əsən güclü külək paytaxtın bir sıra ərazilərində ciddi fəsadlara səbəb olub. Bakının Nəsimi rayonu, Azadlıq prospektində küləyin əsməsi nəticəsində iri bir ağac kökündən çıxaraq yol kənarında dayanmış avtomobilin üzərinə düşüb. Nəticədə “Mercedes” markalı avtomaşının ban hissəsi yararsız hala düşüb. Avtomobil sahibinin dediyinə görə, ərazidə parkinq xidməti olduğundan o, maşnı burda saxlamalı olub.

“Güclü külək əsirdi, küləyin təsirindən ağac bir qədər əyilmişdi. İstəyirdim ki, avtomobili ərazidən uzaqlaşdırım. Bu an qarşıdan bir avtobus gəldi. Avtobus ağacın budaqları toxundu, nəticə ağac avtomobilin üzərinə düşdü”, – deyə zərərçəkən Aşur Ələkbərov bildirib.

Ağacın yola düşməsi nəticəsində prospektdə avtomobil sıxlığı müşahidə olunurdu.

Külək daha bir ünvanda gücünü göstərib. Nizami küçəsində yerləşən qovaq ağacının budaqları qırılaraq öncə qarajın üzərinə tökülüb. Daha sonra binanın həyətyanı sahəsində dayanan avtomobilin üzərinə düşüb. Nətcədə avtomobilə zərər dəyib. Sakinlər isə bildiri ki, burdakı ağacların qəzalı olması ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət ediblər.

Problemlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma və Bitkilərin Mühafizəsi İdarəsinin əməkdaşları hadisə yerinə gəldi. Qurumun rəsi Əli Ağayev bildirdi ki, gün ərzidə 35 müxtəlif ünvanda bu kimi hallara rast gəlinib. Növbəli şəkildə problemi aradan qaldırmağa başlayıblar:

“Bu gün paytaxtda əsən güclü külək nəticəsində bir sıra yerlərdə ağacların aşması halları baş verib. Biz də çalışır ki, imkan daxilində yaranmış preblemi tez bir zamanda həll edək”.

Vaxtilə edilən müraciətə gəlincə. Bu aşmış ağacın o vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertiza idarəsindən rəyi olmayıb. Ona görə də rəis sakinlərdən xahiş etdi ki, qəzalı vəziyyətdə olan ağacların kəsilməsi üçün ilk olaraq Ekologiya və Təbii Sərvətlər Nazilyinin ekspertizia idarəsinə müraciət etsinlər.

"Ötən gün 3-4 saat ərzində 35 bu cür, yəni ağacların aşması hadisəsi qeydə alınıb. Çalışırq ki, yarana problemi tez bir zamanda ortadan qaldıraq. Baxmayaraq ki, yıxılan ağacları böyük hissəsinin rəy olmayan ağaçlardır”, - deyə yaşıllaşdırma və bitkilərin mühafizəsi idarəsinin rəisi Əli Ağayev fikrini açıqlayıb.

Qurum əməkdaşları ilə birgə ilk olaraq Azadlıq prospektində üz tutduq. Avtomobilin üzərinə aşan ağac hissə-hissə doğrandı.

Daha sonra doğranmış budaqlar yığılaraq ərazidən uzaqlaşdırıldı.

Bundan sonra qurum əməkdaşları Nizami küçəsində oldular. Əraziyə qaldırcı kran daxil ola bilmədiyindən burda əl əməyindən istifadə edildi. İlk olaraq xüsusi iplər vasitəsilə ağacın qırılıb qalmış budağı yerə salındı.

Daha sonra başlanan işlər ağacın budağının doğranma və ərazidən uzaqlaşdırılma əməliyyatı ilə başa çatdı.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *