"Bibiheybətneft" 4 min tondan çox neft hasil etdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

"Bibiheybətneft" 4 min tondan çox neft hasil etdi

"Bibiheybətneft" 4 min tondan çox neft hasil etdi


"Azneft" İstehsalat Birliyinin "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsi cari ilin birinci yarısında hasilatın sabit saxlanması, cari və əsaslı təmir işlərinin vaxtında və keyfiyyətlə aparılması, neftçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirib.

Oxu.Az Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, məhsuldarlığın artırılması üçün İdarədə aparılmış 90 geoloji tədbir nəticəsində əlavə olaraq 4008 ton neft, 197 texniki tədbir nəticəsində isə 801 ton əlavə neft alınıb.

44 quyuda əsaslı təmir, 2219 quyuda yeraltı təmir işləri həyata keçirilib. Quyuların yeraltı və əsaslı təmiri briqadalarının işini sürətləndirmək məqsədi ilə 4 ədəd uzun müddət işləyəbilən səyyar qaldırıcı yenisi ilə əvəz olunmuşdur. 40 quyuda abadlıq işləri aparılıb.

Neft və qazçıxarma sahələrində hava elektrik ötürücü xətləri yeraltı kabel xətləri ilə əvəzlənib. Eyni zamanda, Neftin və suyun kompleks hazırlanması və nəqli sexinin əmtəə çənlər parkının tikintisinə başlanılmış, 2 ədəd 1000 kubmetrlik, 3 ədəd 2000 kubmetrlik çənin özülü hazırlanaraq döşəməsi qaynaq olunub.

İki nasosxana və iki inzibati binanın tikintisi plana uyğun olaraq davam etdirilir. Bir ədəd paylayıcı qurğunun isə özülü atılıb. Bibiheybət zonasında təmiz ekoloji mühitin yaradılması işləri davam etdirilir. Bu ilin ilk yarısında 4,5 hektarlıq sahədə torpaqlanma işləri aparılıb, ərazi qurudularaq 17100 kubmetr torpaq daşınıb, yaşıllıqlar salınıb, yeni damcı-su sistemi quraşdırılıb.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *