40 dəqiqəyə Sumqayıta getmək üçün az qaldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

40 dəqiqəyə Sumqayıta getmək üçün az qaldı – VİDEO

40 dəqiqəyə Sumqayıta getmək üçün az qaldı


Bakı-Sumqayıt dəmir yolunun 41-km-i hazırdır.

ANS TV-nin məlumatına görə, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir. Hazırda Xırdalan - 10-cu blok post mənzilində 1150 metr uzunluğunda baş yollarının təmiri həyata keçirilir. "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin müdiri Nadir Əzməmmədovun sözlərinə görə, artıq yolun 41 km-i hazırdır. O bildirdi ki, 1.6 km yol çəkilməlidir ki, bu istiqamətdə də hazırlıq işləri davam etdirilir. Bundan əlavə işlər hal-hazırda Xırdalanda, Keşlədə də həyata keçirilir.

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə martın 3-də start verilib. Təmiri İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Təmir işləri çərçivəsində 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur. Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı Sərnişin Stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.



Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *