Sumqayıta "uçan" qatarlar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Sumqayıta "uçan" qatarlar – VİDEO

Sumqayıta "uçan" qatarlar


Bakı-Sumqayıt dəmir yolu xəttinin bir ay sonra istifadəyə verilməsi planlaşdırılır.

ANS TV-nin məlumatına görə, dəmiryolunda yeni qatarlar həmin xəttə buraxılacaq. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirlib ki, hazırda Bakı Sərnişin Vağzalında və Sumqayıta gedən dairəvi yolda təmir işləri gedir. Burada 1500 metr uzunluğunda baş yollarının təmiri həyata keçirilir. Artıq köhnə yolun söküntüsü başa çatıb. Yeni platformalar tikilir və turniketlər qurulur.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib. Bu günə kimi 33 km yol əsaslı təmir olunub. Təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

İşlər başa çatdıqdan sonra 2 mərtəbəli qatarların və ya içərisində kondisioner, Wi-Fi, sanitar qovşağı olan digər qatarların gətirlməsi nəzərdə tutulub.



Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *