Naftalanda 16 metr hündürlüyündə samovar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Foto

Naftalanda 16 metr hündürlüyündə samovar – FOTO

Naftalanda 16 metr hündürlüyündə samovar

Burada hər il Xocalı şəhidlərinin xatirəsinə ehsan verilir.

Azərbaycanın Naftalan şəhərində qeyri-adi çay evi var. Buranın qeyri-adiliyinə səbəb isə çay evinin böyük samovar formasında olmasıdır. Samovarın ayaqları 3 mərtəbəli çay evinin birinci mərtəbəsini təşkil edir. Tikilinin eyvanları qulp, damı isə dəmkeş formasındadır. Binaya giriş mərkəzdə quraşdırılan dairəvi pilləkənlərlə mümkündür.

Oxu.Az Sputnik-ə istinadən xəbər verir ki, buranın qəribəliklərindən biri də odur ki, layihəni hazırlayan memar binanın hündürlüyünü 16 metr yox, məhz 15 metr 99 sm ölçüsündə müəyyənləşdirib. Samovar çay evi Naftalana gələn yerli və xarici turistlərin ən çox baş çəkdikləri məkanlardandır.

Naftalanda 16 metr hündürlüyündə samovar


İnşasına 1989-cu ildə dövlət müəssisəsi kimi başlayan obyektin bünövrəsi hazır olduqdan sonra tikintisinə ara verilib. Binanı hazırlayıb başa çatdırmağı şəhər sakini Ərəstun Əliyev öz üzərinə götürüb. Üç ilə hazır olan çay evi, 1992-ci ildən fəaliyyətə başlayıb. Ə. Əliyev 2005-ci ildə dünyasını dəyişdikdən sonra oğlanları Toğrul və Tural çay evinin fəaliyyətini dayandırmasına imkan verməyiblər. Tural Əliyev atasının binaya və ərafındakı bağın salınmasına çox əziyyət çəkdiyini, fəhlə kimi qolunu çirməyib tikintidə iştirak etdiyini deyir. Hələ sağlığında Ərəstun Əliyev "evimin satılmasına razıyam, amma buranın yox" deyərmiş. Bu səbəbdəndə oğlanları atalarının ruhu şad olsun deyə tikilini bir yadigar, bir miras olaraq qoruyub saxlayırlar.

Naftalanda 16 metr hündürlüyündə samovar


“Kimsə bizə buranın satılmasını təklif edərsə, özümüzü təhqir olunmuş hesab edərik” – deyir Tural.

Onun sözlərinə görə, tikilinin bağında 54 ədəd xan çinar, 28 ədəd şam ağacı var: “Onların hər birini atam öz əlləri ilə əkib, becərib, əziyyətlə suvarıb əmələ gətirib. Onda biz qardaşımla balaca idik. Naftalanda suvarmada problemlər vardı, su tapılmırdı. İki qardaş, hərəmiz su qablarının bir qulpundan tutub su daşıyar, atamıza kömək edərdik” – Tural fikrini davam etdirir.

Naftalanda 16 metr hündürlüyündə samovar


Ərəstun Əliyev dünyadan köçsə də, ondan qalan ənənəni oğlanları bu gün də davam etdirirlər. T. Əliyevin sözlərinə görə, bu yaxınlaradək Naftalanda Xocalıdan olan məcburi köçkünlər məskunlaşıblarmış: “Atam hər il fevralın 26-da Xocalı soyqırımının ildönümündə burada ehsan verərdi. O, hazırda haqq dünyasında olsa da, bu ənənəni indi biz davam etdiririk”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *