Naftalanda böyük süni göl yaradılır
Naftalanda sel sularının qarşısının alınması üçün süni göl yaradılır.
Axar.az xəbər verir ki, güclü leysan yağışları və sel suları Naftalanın və bir neçə ətraf kəndin infrastrukturuna, həyətyanı sahələrinə ciddi ziyan vururdu.
Bunun qarşısını almaq məqsədilə xeyli vaxtdır Qaşaltı Qaraqoyunlu kəndində tutumu 800 min kubmetr olan süni göl hazırlanır. Göl dövlət vəsaiti hesabına yaradılır.
Süni göldən əkin sahələrinin suvarılmasında istifadə edilməsi gözlənilir. Həmçinin, gölün yerləşdiyi ərazi yerli və xarici turistlərin çoxluğu nəzərə alınaraq istirahət məkanı kimi də istifadə ediləcək.
Mənbə:> Axar.az