Türkiyədə nəvəyə baxan nənələrə dövlət pul ödəyəcək
Türkiyədə pilot layihə fəaliyyətə başlayır.
AzNews.info-nun Trend-ə istinadən məlumatına görə, bu barədə açıqlama verən ölkənin əmək və sosial müdafiə naziri Mehmet Müəzzinoğlu deyib ki, layihə işləyən valideynlərin övladlarına baxan nənələrlə bağlıdır. Pilot layihə həmin nənələrə ödənişlərin edilməsini nəzərdə tutur.
Nazirin sözlərinə görə, layihə bu ilin martından reallaşdırılmağa başlanacaq.
Məqsəd qadınların məşğuliyyətini artırmaq və onlara tam iş günü işləmək imkanı verməkdir.
Pilot layihə 4 əyalətdə başlayacaq və 5000 ailəni əhatə edəcək. 6 aydan sonra, işlərin gedişindən asılı olaraq, Türkiyənin digər yerlərində də tətbiq olunacaq.
Mənbə:> Trend