Rusiyadan dünya üçün böyük layihə » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Dünya

Rusiyadan dünya üçün böyük layihə – FOTO

Rusiyadan dünya üçün böyük layihə


Rusiya ABŞ-ı Asiyadan keçməklə Avropa ilə birləşdirən magistral yol layihəsi təklif edib.

ANS PRESS-in məlumatına görə, bu layihə haqqında Rusiyanın paytaxtı Moskvada Rusiya Elmlər Akademiyasının keçirdiyi toplantıda danışılıb. "Rusiya Dəmir Yolları" ASC-nin prezidenti Vladimir Yakuninin sözlərinə görə, magistral yol ABŞ-ı Alyaskadan keçməklə Asiya və Avropa ilə əlaqələndirəcək. O, layihə haqqında danışarkən qeyd edib ki, bu, həm dövlətlər, həm də mədəniyyətlər arası bir layihə olacaq.

Bununla belə, aralarındakı məsafə 88 kilometr olan Sibirdən Alyaskaya yolun necə keçəcəyi haqqında heç bir məlumat verilməyib. Layihə həyata keçərsə, İngiltərənin paytaxtı Londondan Amerikanın Nyu-York şəhərinə getmək istəyənlər 20 min 777 kilometrlik bir yol qət etmiş olacaqlar.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *