Rus pilot güllələnməmişdən öncə kimi öldürüb?
Türkiyədə vurulan Su-24-ün pilotu qəzadan sonra Türkiyə vətəndaşı Alparslan Çeliki öldürüb.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov çıxış edib.
Karlov pilotun qəzadan sonra yerə paraşütlə enərkən Alparslan adlı Türkiyə vətəndaşı tərəfindən atəşə tutulduğunu, məhz bu səbəbdən pilotun onu öldürdüyünü bildirib.
Diplomatın sözlərinə görə, mətbuat nümayəndələri də orada olub və rusiyalı pilotun güllələnməsi anı kameraların yaddaşına həkk edilib.
Mənbə:> Axar.az