Rus təyyarəsinə olunan xəbərdarlığın audioyazısı yayıldı – VİDEO
Türkiyə - Suriya sərhəddində Rusiyaya aid “SU-24” qırıcı təyyarəsinin Türk “F-16” təyyarəsi tərəfindən vurulması iki ölkə arasında gərginliyə səbəb olub. ANS PRESS-in məlumatına görə, rəsmi Ankara hadisədən sonra yaydığı bəyanatda Rusiya qırıcısına dəfələrlə xəbərdarlıq olunduğunu, buna baxmayaraq “SU-24” təyyarəsinin Türkiyə hava sərhəddini pozmağa cəhd etdiyini bildirib.
Gecə isə yerli “FOX” telekanalının əsas xəbər buraxılışında türk pilotun rus həmkarına etdiyi xəbərdarlığın audioyazısı yayımlanıb. Səs yazısında türk pilotun 30 saniyəlik intervalla rus pilota 10 dəfə, “Rotanızı təcili olaraq cənuba çevirin!” – deyərək xəbərdarlıq etdiyi eşidilir.
Artıq rəsmi Pentaqon belə bir xəbərdarlıq olunduğunu və rus pilotun bu xəbərdarlığı eşitdiyini bildirib.
Pilotun səs yazısının olduğu həmin videonu ANS PRESS oxucularına təqdim edirik:
Mənbə:> ANSPRESS