Rusiyalı pilotun cəsədi Türkiyəyə gətirildi
Türkiyə-Suria sərhədində vurulan Su-24 təyyarəsinin pilotunun cəsədi Türkiyəyə gətirlib.
Oxu.Az-ın məlumatına görə, bu barədə ölkənin baş naziri Əhməd Davudoğlu bildirib.
Onun sözlərinə görə, mərhumun cəsədi Rusiyaya verilməmişdən əvvəl pravoslav kilsəsi ayinlərinə uyğun olaraq hazırlanacaq.
Rusiyanın Türkiyədəki səfirliyinin nümayəndəsi İqor Mityakov TASS agentliyinə dəqiqləşdirib ki, Oleq Peşkovun cəsədi bu gün, noyabrın 29-da, rusiyalı diplomatlara veriləcək.
Mənbə:> Oxu.Az