Morqdan qadın cəsədi oğurlandı – FOTO
Amerika Birləşmiş Ştatlarındakı meyitxanalrdan birində gənc qızın meyiti oğurlanıb.
ANS PRESS-in məlumatına görə, 25 yaşlı Culiya Motın cəsədinin oğranılması hadisəsi Texas ştatının San-Antonio şəhərində baş verib.
Bildirilir ki, Culiya Mot avqustun 8-də anadangəlmə kistik fibroz xəstəliyindən dünyasını dəyişib. Qohumları isə mərhumun ad günü üçün avqustun 15-də anım mərasimi keçirməyə qərar veriblər.
Mərhum Culiya Mot
Kilsədə mərhumla vida nərasimindən sonra, tabut dəfn bürosına göndərilib. Kremasiya isə avqustun 16-na təyin edilib. Büro əməkdaşları növbəti gün işə gələn zaman tabutda cənazənin olmadığını müəyyən ediblər. Faktı araşdıran polis əməkdaşları binaya hər hansı bir zorakılıq yoluyla girmə halı aşkarlamayıb. Müstəntiqlər güman edirlər ki, qadının cəsədi dəfn bürosunun bağlanmasından sonra oğurlanıb. Versiyalardan biri də odur ki, meyitin oğurlanması kremasiya prosedurunun əleyhinə olanlar tərəfindən törədilə bilər. Qadının cəsədini tapmasına komək edəcək məlumata görə 20 min dollar məbləğində mükafat ödəniləcək.
Mənbə:> ANSPRESS