Gəlin toyuna tabutda gətirildi – FOTO
Britaniyalı gəlin Cenifer Baklef toy günündə qeyri-adi zarafat edib.
ANS PRESS-in məlumatına görə, 58 yaşlı qadın toyuna tabuta gətirilib. O, zarafatını uzun müddət hamıdan gizlətsə də, son anda gələcək həyat yoldaşının yanında istəyini bildirib. "O təəccüblənsə də, sonra dedi ki, əgər istəyirəmsə, belə edə bilərəm", - deyən qadın nişanlısının ideal adam olduğunu bildirib.
Ceniferin tabutunu toya qardaşı gətirib. Gəlin gözləyib qarşılanda tabut görən qonaqlar mənzərə qarşısında şoka düşüblər. Bu arada tabutdan çıxan gəlin özü dəfn bürosunda işlədiyi üçün çox şey gördüyünü, etdiklərinin adi bir zarafat olduğunu deyib.
Onun 21 yaşlı qızı da anasının öz qeyri-adilikləri ilə daim başqalarından seçildiyini deyib.
Ümumilikdə 5 uşağı olan cütlük hər kəs özünə gələndən sonra toyların davam ediblər.
Mənbə:> ANSPRESS