İtkin tələbənin cəsədi tapıldı
Meksikada bir müddət əvvəl Qerrero ştatında itkin düşən 43 tələbədən birinin meyitinin qalıqları aşkarlanıb.
ANS PRESS-in məlumatına görə, rəsmilər meyitin Kokula şəhər zibilxanasında aşkarlandığını açıqlayıblar. Meyitin Aleksandr Mora adlı gəncə aid olduğu bildirilir.
Sentyabr ayının 26-sında itkin düşən tələbələrin polis tərəfindən oğurlanaraq narkotik ticarətçilərinə satıldığı və yandırıldığı məlumdur. Dəhşətli cinayətdə hadisənin baş verdiyi İquala şəhərinin meri də iştirak edib.
Faktla bağlı aparılan istintaq çərçivəsində 70-dən çox şübhəli saxlanılıb. Şübhəlilərin əksəriyyəti təqsirini etiraf edib.
Ötən gün paytaxt Mexikoda baş tutan növbəti irimiqyaslı etiraz aksiyası zamanı fəallar öldürülən şəxslərə ədalət şüarları ilə çıxışlar ediblər.
Mənbə:> ANSPRESS