Üzərinə qaynar su tökülən 2 yaşlı qız ölüb
Azərbaycanda 2 yaşlı uşaq faciəli şəkildə ölüb.
APA xəbər verir ki, bir neçə gün əvvəl Samux rayon sakini, 2015-ci il təvəllüdlü Tamara Zaur qızı Mustafayevanın üzərinə qaynar su tökülüb.
Təcilli olaraq xəstəxanaya çatdırılan azyaşlını xilas etmək mümkün olmayıb və o, ötən gün Respublika Yanıq Mərkəzində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> APA