Sumqayıtda 9 yaşlı qız faciəli şəkildə ölüb
Sumqayıtda azyaşlı faciəli şəkildə ölüb.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 27-də Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində qeydə alınıb.
Orada yaşayan 9 yaşlı Ayşən İsmayılova evdə oynayarkən pərdənin ipi boğazına dolaşdığından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az