Sumqayıtda borca görə adam öldürdülər
Sumqayıtda qətl hadisəsi baş verib.
Oxu.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə martın 30-da baş verib.
Belə ki, Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan əvvəllər məhkum olunmuş Asif Xəlilovun evində, qonşusu Ramin Cəbrayılovla aralarında pul borcu ilə əlaqədar baş verib.
Münaqişə zəminində R.Cəbrayılov bıçaqla A.Xəlilova xəsarət yetirib. A.Xəlilov hadisə yerində ölüb.
R.Cəbrayılov könüllü olaraq Sumqayıt ŞPİ-yə gələrək təslim olub.
Araşdırma aparılır.
Mənbə:> Oxu.Az