Sumqayıtda oğlan sevdiyi qıza 26 bıçaq vurdu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Video

Sumqayıtda oğlan sevdiyi qıza 26 bıçaq vurdu – VİDEO

Sumqayıtda oğlan sevdiyi qıza 26 bıçaq vurdu


Sumqayıtda 24 yaşlı qız qətlə yetirilib.

AzNews.info xəbər verir ki, Sumqayıt Şəhər Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə Corat qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Səbinə Salayevanın meyiti yaşadığı evdən bir neçə metr aralıda tapılıb. 1992-ci il təvəllüdlü qızın bədənində 26 bıçaq xəsarəti aşkarlanıb.

Səbinə Cavanşir qızı Salayevanı qətlə yetirən şəxsin Bakı şəhər sakini olduğu müəyyənləşib. Hadisə qısqanclıq zəminində baş verib. Polisdən qaçıb gizləndiyindən, hadisədə təqsirli bilinən şəxsin kimliyi hələlik açıqlanmır.

İlkin ehtimala görə, hadisəni törədən şəxs qızı sevdiyini dilə gətirib, əks tərəfdən yox cavabı alandan sonra onu xüsusi amansızlıqla qətlə yetirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *