İtaliyada 7 nəfər soyuqdan ölüb
Apennin yarımadasında yeddi nəfər Yeni il şaxtasının qurbanı olub. Bu haqda TASS agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, şənbə günü Milanın cənubundakı binalardan birində 66 yaşlı polyakın cəsədi aşkar edilib. Cəsədi tapılmış daha bir nəfər isə 49 yaşlı Rumıniya vətəndaşıdır. Hər iki şəxsin evsiz olduğu bildirilir.
Arktik siklonu ölkənin bütün ərazisinə, xüsusən Adriatik dənizi sahilinə və mərkəzi İtaliya dağlarına şaxta və qar gətirib. Qatarlar böyük yubanmalarla hərəkət edir. Keçən il zəlzələdən zərər çəkmiş rayonlara giriş çətinləşib.
Meteoroloji xidmətlərin məlumatına görə, Alp dağlarında havanın temperaturu mənfi 27 dərəcəyə qədər enib. Digər ərazilərdə, o cümlədən
Mənbə:> Virtualaz.org