Davudoğlu: İstanbuldakı terrorla əlaqədar daha 4 nəfər saxlanılıb
Türkiyə polisi İstanbulda baş vermiş terror aktı ilə əlaqədar daha 4 nəfəri saxlayıb.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Əhmədə Davudoğlu İstanbulda təşkil olunmuş brifinqdə deyib.
“İstanbulda baş vermiş terror aktının araşdırılması çərçivəsində daha 4 nəfər saxlanılıb”, - Davudoğlu bildirib.
O əlavə edib ki, hal-hazırda hadisə nəticəsində zərər çəkmiş 6 nəfər hələ də xəstəxanadadır. Digərləri artıq evlərinə buraxılıb.
Xatırladaq ki, yanvarın 12-də İstanbulda Sultanəhməd meydanında törədilmiş partlayış nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb.
Mənbə:> Oxu.Az