Fransada 12 nəfər daşqınların qurbanı olub – FOTO
Fransanın cənubunda leysan yağışları nəticəsində yaranan daşqınlar 12 nəfərin həyatına son qoyub.
Oxu.Az-ın məlumatına görə, bu barədə France Bleu nəşri məlumat yayıb.
Nəşrin məlumatına əsasən, daşqınlar nəticəsində Biot kommunasında qocalar evində 3 nəfər ölüb. Onların cəsədləri binanın su ilə dolmuş birinci mərtəbəsində tapılıb.
Beş nəfər Mandalye-la-Napul şəhərində yeraltı dayanacaqda avtomobillərini park edəndə, 3 nəfər isə Valloris şəhərində dəmiryolu vağzalı ilə üzbəüz tuneldə təbii fəlakətin qurbanı olublar.
Kann şəhərində isə 60 yaşlı qadın boğularaq dünyasını dəyişib.
Fransanın cənubunda fövqaladə vəziyyət elan edilib.
Mənbə:> Oxu.Az