Türkiyədə 8 nəfər selin qurbanı oldu
Türkiyənin şimal-şərqində Artvin şəhərində sel suları 8 nəfərin həyatına son qoyub, daha iki itkin düşüb.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Kamal Cirit bildirib.
Agentliyin xəbərinə əsasən, daşqınlar bir evinin dağılmasına səbəb olub.
Meteoroloqların məlumat verir ki, Türkiyənin şimal-şərqində yağışlı hava şəraiti 3 gün davam edəcək.
Mənbə:> Oxu.Az