Azərbaycanda intiharların sayı niyə artıb? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda intiharların sayı niyə artıb?

Azərbaycanda intiharların sayı niyə artıb?


Hər gün intiharlarla bağlı azı bir xəbər eşidirik. Bəzi günlərdə isə özünəqəsd edənlərin sayını hesablamağa bir əlin barmaqları yetmir. Təəssüf ki, intihar halları getdikcə adiləşir və cəmiyyətdə reaksiya doğurmur.

Oxu.Az xəbər verir ki, “Bizim Yol” qəzetinin bu mövzuda hazırladığı yazıda bildirilir ki, hökumət strukturları da yerindən tərpənmir, intiharlarla bağlı hər hansı proflaktik tədbirin görüldüyünü, hansısa proqramların hazırlandığını da eşitmirik.

Noyabr ayına olan məlumata əsasən, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səbuhi Pənahov bildirib ki, bu ilin 9 ayı ərzində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub. Bu ilin ilk 9 ayındakı intiharların statistikası ötən ilin müvafiq dövrünün statistikasından çoxdur. Orta hesabla götürsək, hər gün təxminən iki azərbaycanlı intihar edir.

Nazirlik intiharların səbəblərini açıqlamasa da, əksər müşahidəçilər hesab edirlər ki, intihara daha çox maddi və sosial çətinliklər, o cümlədən, kredit borclarını ödəyə bilməmək kimi hallar səbəb olub.

Qəzet mətbuatda yer alan məlumatlara əsasən noyabr və dekabr aylarında olan intiharların statsitikasını aparıb. Mətbuatda yer alan xəbərlərdə özünəqəsd edənlərin sayı 50 nəfərə çatıb. İntihar edən şəxslər əsasən özlərini asaraq, yüksəkmərtəbəli binanın üzəridən özlərini ataraq həyatlarına son veriblər.

İntihar edənlər arasında “İlin ən yaxşı müəllimi” adına layiq görülmüş müəllim, 15 yaşlı yeniyetmə, 22, 25 və 28 yaşlı gənclər də var. Son olaraq 1966-cı il təvəllüdlü Süleyman Nəbi oğlu Xəlilovun meyiti yaşadığı evin zirzəmisində asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Ondan sonra 55 yaşlı Şadət Şıxəli oğlu Ağayev yaşadığı evdə özünü asaraq intihar edib. 15 yaşlı Əfsanə İsmayılova yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb. Son olaraq isə dekabrın 20-də Bakı şəhər sakini Ramin Qurbanov özünü Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisindəki gölə atıb.

Nəzərə alsaq ki, 1 ay 20 gün ərzində özünəqəsd edənlərin sayı mətbuatdakı məlumatlara əsasən 50 olub, şübhəsiz ki, qeydə alınmayan intiharları da nəzərə alsaq, bu rəqəm kifayət qədər yüksəkdir.

Psixoloq Dəyanət Rzayev deyir ki, problem daha qlobaldır. 90-cı illərdə müharibə, çətinliklər bundan daha çox idi. Ancaq onda heç kim çıxış yolu kimi intihara əl atmırdı. İndi isə sosial iqtisadi çətinliklər daha çoxdur. “Bu gün əgər ailə başçısının banka 1000 manat borcu varsa və o, aldığı 500 manat maaşı banka verirsə, oyandıqda yenə də borcu olduğunu xatırlayırsa, bu zaman insan nə etməlidir? Bu gün çox paradoksal bir vəziyyət yaşayırıq. Qadınlar, hətta uşaqlar da özlərini öldürürlər. Bəlkə də intiharlara görə dünya ölkələri sırasında öndə gedirik”.

Psixiatr Gəray Gəraybəyli hesab edir ki, intiharın səbəblərindən danışarkən burada depressiyaları xüsusilə vurğulamaq lazımdır. Çünki depressiyanın ən ağır fəsadı özünəqəsddir.

“İnsan həyatdan həzz almırsa, onun sonu ölümdür”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *