Azərbaycanda “İlin ən yaxşı müəllimi” intihar edib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Təhsil, Foto

Azərbaycanda “İlin ən yaxşı müəllimi” intihar edib – FOTO

Azərbaycanda “İlin ən yaxşı müəllimi” intihar edib

Abşeron rayonunda 66 yaşlı müəllim özünü yaşadığı evdə asaraq intihar edib.

AzNews.info Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, Quşçuluq Massivi döngə 6 ev 45-də qeydə alınıb.

Belə ki, 1950-ci il təvvəllüdlü Mirzəyeva Azelma Xamis qızı yaşadığı evdə özünü asaraq intihar edib.

Məlumata görə, A.Mirzəyevanın meyiti onun evinə fərdi təhsil almağa gələn şagirdləri tərəfindən aşkarlanıb.

Qeyd edək ki, A.Mirzəyeva 297 saylı orta məktəbdə 39 il İngilis dili müəllimi kimi fəaliyyət göstərib. Onun həyat yoldaşı 15 il bundan qabaq vəfat edib, övladı yoxdur.

297 saylı orta məktəbdən verilən məlumata görə, A.Mirzəyeva 2015-ci ildə təqaüdə çıxıb. O, 2002-ci ildə respublika üzrə “İlin ən yaxşı müəllimi” 2-ci dərəcəli diplomu ilə seçilib.

Faktla bağlı araşdırmalara başlanılıb. Müəllimin intihar etməsinin səbəbləri araşdırılır.

Azərbaycanda “İlin ən yaxşı müəllimi” intihar edib
Azərbaycanda “İlin ən yaxşı müəllimi” intihar edib

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *