Rusiyada “Yemişan”dan zəhərlənən 41 nəfər ölüb
İrkutskda “Yemişan”dan zəhərlənən 57 nəfərdən ölənlərin sayı 41-ə çatdı.
Oxu.Az xəbər verir ki, bu barədə prokurorluğa istinadən RİA Novosti məlumat yayıb.
Rusiyada İrkutsk bağ təsərrüfatlarının birində spirt tərkibli “Yemişan”ın istehsal edildiyi gizli sex aşkar edilib, burada istehsal edilən məhsulun qəbulu nəticəsində 41 nəfər ölüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi İrkutskda şəhər DİN İdarəsi rəisinin müavini German Bratçikov iclas zamanı bəyan edib.
“Lenin rayonunda bağ təsərrüfatlarının ərazisində sexdə yalnız “Yemişan” mayesi deyil, eləcə də “Tsarskaya oxota”, “Finlandiya serebristaya” və digər kontrafakt spirtli içkilər aşkar edilib”, - o deyib.
Mənbə:> Oxu.Az