Rusiyada dəhşətli yanğın: 23 nəfər ölüb – YENİLƏNİB
Daha 23 nəfər xəsarət alıb.
Rusiyanın Voronej vilayətindəki psixonevroloji dispanserdə baş verən yanğında ölənlərin sayı 23-ə çatıb, elə bu qədər də yaralı var.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Baş nazir müavini Olqa Qolodets bildirib.
09:12
Rusiyanın Voronej şəhərində psixonevroloji dispanserdə baş vermiş güclü yanğın nəticəsində 21 nəfər ölüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-nin Regional Mərkəzindən bildirilib.
“Hazırda yanğın qurbanlarının sayı 21 nəfərdir”, - qurumun məlumatında bildirilir.
Yanğın nəticəsində itkin düşmüş hesab edilən daha 2 nəfərin axtarışları davam etdirilir.
Yerli polisdən verilən məlumata görə, yanğın zamanı tibbi personaldan xəsarət alan olmayıb.
“Tibbi personaldan 4 nəfər xilas olunub. Onlar 55 xəstənin binadan çıxarılmasına kömək ediblər”.
Mənbə:> Oxu.Az