Bağdadinin başına qoyulan mükafat 25 milyon dollara çatdırılıb
ABŞ hökuməti İŞİD lideri Əbubəkr Bağdadinin başına qoyulan 10 milyon dollarlıq mükafatı 25 milyona çatdırıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yayılıb.
“İŞİD liderinin yaxalanmasına yardımçı olacaq məlumatı bizə verən şəxs üçün nəzərdə tutulan mükafatın məbləği artırılır. ABŞ-ın daxili sabitliyinin təmin edilməsi və xalqın terrorçulardan qorunması naminə fəaliyyətimizə davam edəcəyik”, - açıqlamada bildirilib.
Qeyd edək ki, Mosuldan qaçdığı iddia edilən İŞİD liderinin hazırda Suriyada olduğu bildirilir.
Mənbə:> Axar.az