İŞİD liderinin müavini məhv edildi
İraq Hərbi-Hava Qüvvələrinin Ənbər əyalətinə endirdiyi zərbə nəticəsində İŞİD terror qruplaşmasının liderinin müavini məhv edilib.
Bu barədə Oxu.Az İranın FARS agentliyinə istinadən xəbər verir.
“İraq Hərbi-Hava Qüvvələrinin Anbar əyalətinin Barvani rayonuna endirdiyi zərbə nəticəsində İŞİD terror qruplaşmasının rəhbərliyində ikinci adam hesab edilən, başçı Əbu Bəkr Əl-Bağdadinin müavini Assi Əli Nasir Əl-Obeydi öldürülüb”, - məlumatda bildirilir.
Bundan əvvəl İraq hərbçiləri terror qruplaşmasının mətbuat katibi Məhəmməd əl-Ədnanini yaralanması barədə xəbər veiblər.
Mənbə:> Oxu.Az