Bağdadinin ölümü təsdiqləndi
İŞİD terror qruplaşması liderinin ölüm xəbəri təsdiqlənib.
ANS PRESS-in məlumatına görə, bir neçə gün əvvəl ağır yaralandığı, hətta öldüyü barədə xəbərlər yayılan İŞİD terror qruplaşması Əbu Bəkr əl-Bağdadinin ölüm xəbəri öz təsdiqini tapıb. Bu barədə İraqın "Waradana" xəbər saytı yazıb.
Xəbərdə bildirilir ki, təşkilatın liderləri “xəlifə”nin ölümünün doğru olduğunu, ötən gün isə Mosulun Təlafar şəhərində onun əvəzinə başqa bir “xəlifə” seçdiklərini deyiblər.
Qeyd edək ki, İŞİD terror təşkilatı liderinin bir neçə gün əvvəl Suriyanın Rəqqa şəhərində aviazərbələrdən sonra ağır yaralandığı bildirilirdi. Hazırda terror qruplaşmasının yeni liderinin isə Əbu əl-Əfri ləqəbi ilə tanınan Əbdürrəhman Mustafa əl-Şeyx olduğu deyilir.
Mənbə:> ANSPRESS