Bağdadi öldürüldü?
Türkiyə KİV-lərində İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyü barədə məlumat yayılıb.
Oxu.Az-ın Türkiyənin Aksam nəşrinə istinadən xəbər verir ki, Bağdadinin öldürülməsi ilə bağlı məlumat terror təşkilatını saytında yerləşdirilib.
İŞİD-in “Amag” rəsmi internet saytında verilən açıqlamada “xəlifə” Bağdadinin həlak olduğu bildirilir.
Qeyd olunur ki, Əbu Bəkr əl-Bağdadi Ramazan ayının 5-ci günündə koalisiya qüvvələrinin Rakkaya hücumu zamanı öldürülüb.
Mənbə:> Oxu.Az