Bağdadinin ən məşhur arvadı onunla yaşadığı həyatdan danışdı » AzNews.info -Xəbər portalı

Bağdadinin ən məşhur arvadı onunla yaşadığı həyatdan danışdı

Bağdadinin ən məşhur arvadı onunla yaşadığı həyatdan danışdı


İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin keçmiş arvadı onunla yaşadığı həyat barədə danışıb, Oxu.Az The Independent nəşrinə istinadən xəbər verir.

“Mən normal ailə başçısına ərə getmişəm — universitet professoruna (...) O, işə gedirdi və evə ailəsinin yanına qayıdırdı. O, heç bir müqavimət hərəkatlarında iştirak etmirdi. Keçmiş ərimin dünyanın ən təhlükəli ekstremist təşkilatının başçısı olması mənim üçün hələ də müammadır”, - 28 yaşlı Saca əd-Duleymi deyib.

Qadının sözlərinə görə, Bağdadi çox sirli insan idi.

“Onunla normal danışmaq mümkün deyildi (...) Mən onu sevmirdim, onunla xoşbəxt deyildim və bu səbəbdən ondan ayrıldım. Həmçinin bu Bağdadinin birinci arvadına qarşı haqsızlıq idi. O, çox narahat olurdu”, - qadın bildirib.

Saca əd-Duleymi İŞİD başçısı ilə 2009-cu ildə nikaha girmişdir. Onların evliliyi cəmi 3 ay davam etsə də Saca əd-Duleymini Bağdadinin ən məşhur arvadlarından biri sayılırdı. Üzünə hicab geyməyən Saca bütün dünyadan qadınları İŞİD-ə qoşulmağa çağırırdı.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *