Lamiyə işində vəzifəli şəxslərin həbs anonsu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Lamiyə işində vəzifəli şəxslərin həbs anonsu

Lamiyə işində vəzifəli şəxslərin həbs anonsu


Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus Lamiyə Quliyevanın ötən ilin oktyabrında uşaq doğması və digər xüsusatlarla bağlı Ədliyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə araşdırmalar aparılır.

AzNews.info-nun AzərTAc-a istinadən verdiyi məlumata görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, L.Quliyeva ümumiyyətlə zorlanmayıb. Həmçinin onun dünyaya gətirdiyi uşağın atasının şəxsiyyəti məlumdur.

Baş Prokurorluqdan bildiriblər ki, L.Quliyevanın 2010-cu ildə Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmənin hökmünə gəldikdə isə cəzanın ağırlığı ilə bağlı həmin hökmdən Baş Prokurorluq tərəfindən apelyasiya protesti verilib və yaxın vaxtlarda həmin protestə Apelyasiya Məhkəməsində baxılacaq.

Araşdırmalar zamanı qanun pozuntuları halları aşkarlanarsa, bu pozuntulara yol vermiş vəzifəli şəxs və ya şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunmaqla nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *