Bakıda rus qızı zorlayan biznesmendən » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

Bakıda rus qızı zorlayan biznesmendən - YENİ XƏBƏR

Bakıda rus qızı zorlayan biznesmendən

Bu gün Bakı Apelyasiya Məhkəməsində zorlamada təqsirli bilinən Məcid Məcidovun barəsində çıxarılmış bəraət hökmündən apelyasiya protestinə baxılıb.

AZXEBER.COM xəbər verir ki, Lent.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə şikayət üzrə məhkəmənin ilkin baxış iclası olub.

Prosesdə prokurorluğun şikayəti dəqiqləşdirilib və məhkəmə baxışı dekabrın 16-na təyin edilib.
Qeyd edək ki, Rusiya Federasiyasının vətəndaşı olan 23 yaşlı N.İ (şərti) 11 may 2013-cü il tarixdə gecə saat 5 radələrində Səbail rayonunda müvəqqəti yaşadığı mənzildə Bakı şəhər sakini Məcid Məcidov tərəfindən zorlanması barədə müraciəti Səbail Rayon Prokurorluğunda araşdırılıb. Müəyyən edilib ki, Bakı şəhərində fəaliyyət göstərən “Grand House” daşınmaz əmlak firmasının rəhbəri M. Məcidov mayın 10-da N.İ-nin müraciəti əsasında Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 27 saylı ünvanda yerləşən mənzili 10 gün müddətinə kirayəyə verib.

M. Məcidov mənzilin açarlarının birini ona təqdim edib, ertəsi gün isə gecə saat 5 radələrində özündə olan ikinci açarla qanunsuz olaraq həmin mənzilə daxil olaraq zor tətbiq etməklə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib onunla cinsi əlaqədə olaraq zorlayıb.

İstintaq orqanı Məcid Məcidovu Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) və 157.3-cü (mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirləndirib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Məcid Məcidovun barəsində bəraət qərarı çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən Baş Prokurorluq narazı qalıb. Prokurorluq Məcid Məcidovun barəsində çıxarılan hökmdən apelyasiya protesti verib. Prokurorluq Məcid Məcidovun barəsində çıxarılan bəraət hökmünün ləğv edilməsini və onun barəsində ittiham hökmünün çıxarılmasını istəyib.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *