Hərbçilər azad edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Kriminal

Hərbçilər azad edildi

Hərbçilər azad edildi


Bu gün Bakı Hərbi Məhkəməsində Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) həbsdə olan sabiq anbar rəisi Faiq Hamayev və digər 4 nəfər vəzifəli şəxsin ev dustaqlığına buraxılmaları barədə vəsatətə baxılıb.

AzNews.info APA-ya istinadən məlumatına görə, vəkil Adəm Məmmədov bildirib ki, prosesdə qərar qəbul edilib. Qərara görə, həmin şəxslərin vəsatətləri təmin edilərək, barələrində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Xatırladaq ki, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra digər bir neçə vəzifəli şəxs də istintaqa cəlb olunub. Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *