Azərbaycanda 10 milyonluq oğurluq: Cinayət işi açıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Azərbaycanda 10 milyonluq oğurluq: Cinayət işi açıldı

Azərbaycanda 10 milyonluq oğurluq: Cinayət işi açıldı

Bəzi hüquqi və fiziki şəxslər tərəfindən bankdan alınmış güzəştli kreditlərdən təyinatı üzrə istifadə edilməməsi barədə “DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Baş Prokurorluqdan AZXEBER.COM-a daxil olan məlumata görə, araşdırmalar zamanı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatı kimi büdcə vəsaiti və öz vəsaitləri hesabına “DəmirBank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2006-2010-cu illərdə kəndli-fermer təsərrüfatının inkişafı, tikinti və sənaye sahəsində işlərin sürətləndirilməsi məqsədi ilə saxta biznes planlar və digər sənədlər tərtib etmiş bəzi fiziki və hüquqi şəxslərin adlarına güzəştli şərtlərlə verilmiş 10 milyon 666 min 600 manat məbləğində külli miqdarda kreditin təyinatı üzrə istifadə edilməyərək həmin fiziki və hüquqi şəxslər tərəfindən israf edilib mənimsənilməsində şübhələr üçün əsaslar olduğundan fakta görə

Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 195.2 ( külli miqdarda qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *