Lamiyənin işində şok dönüş
Baş Prokurorluq məhkum Lamiyə Quliyevanın 2010-cü ildə Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə olan hökmünün ağırlığına görə apelyasiya protesti və müddətin bərpa olunması üçün vəsatət verib.
ANS PRESS-in azadliq.info-ya istinadən xəbər verir ki, bu gün 4 saylı cəzaçəkmə müəssisəsində Xətai rayon məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə vəsatətə baxılıb. Dövlət ittihamçısı qismində Eldar Balakışiyev çıxış edib. Müddətin bərpa olunması ilə bağlı vəsatət təmin edilib, protestə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib.
Prosesdə Lamiya Quliyevanın müdafiəçisi Fəxrəddin Mehdiyev, həmçinin Lamiyə Quliyeva özü iştirak edib.
İşə yaxın zamanlarda Apelyasiya Məhkəməsində baxılacaq.
Mənbə:> ANSPRESS