Lamiyəyə bəraət verilib
Son günlərin ən çox danışılan mövzusunun qəhrəmanı Lamiyə Quiyevaya bəraət verilib.
AzNews.info AzVision-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin “01” oktyabr 2014-cü il tarixli Qərarı ilə Quliyeva Lamiyə Sahib qızına bəraət verilib.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Quliyeva Lamiyə Sahib qızı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmündən verilmiş kassasiya şikayətinə baxaraq, təmin edib.
Quliyeva Lamiyə Sahib qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmü ləğv edilib.
Mənbə:> AzVision.az