Baş Prokurorluq düzəliş etdi » AzNews.info -Xəbər portalı

Baş Prokurorluq düzəliş etdi

Baş Prokurorluq düzəliş etdi


Ötən gün Baş Prokurorluğun mətbuat xidməti tərəfindən “DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin müraciəti üzrə bir sıra hüquqi və fiziki şəxslərin adlarına verilmiş 10 milyon 666 min 600 manat məbləğində kreditin təyinatı üzrə istifadə edilməyərək mənimsənilməsi araşdırılıb.

Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması barədə məlumat verilib.

Araşdırmaların ilkin mərhələsində müəyyən edilmişdir ki, “DəmirBank” ASC İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil bankı kimi çıxış etməsinə baxmayaraq mənimsənildiyi qeyd edilən həmin məbləğ əsas etibarı ilə bankın vəsaitidir. Fondun hesabına verilmiş vəsaitə münasibətdə ciddi qanun pozuntuları aşkar edilməyib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *