Azərbaycanlı iyirmi sot sahədə milyonlarla bitki yetişdirdi – VİDEO
Biz adətən bağbanın özünü yox, onun əməyinin nəticəsini görürük. Sputnik-in əməkdaşı Tovuz regionunun ən böyük bağlarından birində təəccüb doğuracaq kadrlar çəkməyi bacarıb.
Oxu.Az xəbər verir ki, Şahin Kazımov həyatının 50 ilini dünyada ən gözəl peşələrdən birinə - bağbanlığa həsr edib.
Qəhrəmanımızın bağı Tovuz rayonunun Alalkol kəndi yaxınlığındadır, bu bağda qeyri-adi ağacların, kolların və güllərin olmasına dair söhbət isə bütün rayona yayılıb. 20 sotluq sahədə milyona yaxın əkili var. Bağban özü bu sənətin mövsümi olduğunu deyir.
“İlin isti fəsillərində adətən açıq havada çalışıram, qışda isə dincələ və növbəti mövsümə hazırlaşa və ya işimi istixanalarda davam etdirə bilərəm. Bəzən isə yetişdirdiyimi satmaqla məşğul oluram. Ümumiyyətlə, mənim bağımda hər zaman bahardır”, - bağban deyib.
Bir çoxları bağda öz ağac və çiçəkləri arasında vaxt keçirməyi sevir. Bu məşğuliyyəti seçənlərə iş müsbət emosiyalar bəxş edir. Elə bizim qəhrəmanımız da bütün günü açıq havada işləyir və nəticələrdən razı qalır, baxmayaraq ki, hazırda bağban işi elə də böyük gəlir gətirmir.
Mənbə:> Oxu.az