Bulvarda açıq havada rəqs məkanı gələn aya qaldı
Bulvar ərazisində açıq havada rəqs məkanı növbəti həftədən fəaliyyətə başlayacaq.
Oxu.Az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumat verir ki, qurumun yeni layihəsi əsasında Bakı bulvarında təşkil edilən açıq havada rəqs məkanı 2 iyul 2016-cı il tarixindən etibarən hər həftəsonu fəaliyyətə başlayacaq. Rəqslərin hər həftənin şənbə və bazar günləri saat 19:00-dan gecə saatlarınadək davam etməsi nəzərdə tutulur.
Tədbirlərdə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar müxtəlif xalqların rəqsləri nümayiş etdirilir.
Qeyd edək ki, bundan əvvəl açıq havada rəqs məkanının iyunun 25-dən etibarən fəaliyyətə başlayacağı nəzərdə tutulurdu. 17-19 iyun 2016-cı tarixində paytaxtımızda keçirilən “Formula 1” yarışı ilə əlaqədar rəqslərin keçiriləcəyi ərazidə rekonstruksiya işlərinin yekunlaşmaması səbəbindən tədbir növbəti həftəyə keçirilib.
Mənbə:> Oxu.Az