Rusiyanın “arı qızları” açıq rəqsləri ilə internetə vəlvələ saldılar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

Rusiyanın “arı qızları” açıq rəqsləri ilə internetə vəlvələ saldılar – VİDEO

Rusiyanın “arı qızları” açıq rəqsləri ilə internetə vəlvələ saldılar


Orenburqdan (Rusiya) olan azyaşlıların açıq-saçıq kostyumlarda “Arılar və Vinni-Pux” adlı çıxışları interneti silkələdi.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, rəqs məktəbinin yekun konsertində çəkilən rəqs internetdə qızğın müzakirəyə səbəb olub.

Bir sutka ərzində videoya 50 min baxış olub. Nəticədə rəqs məktəb-studiyası ilə Orenburq administrasiyasından maraqlanıblar.

Rəqs studiyası “Molodejnı” ME-də məkan icarəyə götürüb, rəqs məktəbini hələ 2008-ci ildə yaradıblar. Studiyanın rəhbəri Viktoriya Yakovleva kollektivinin ətrafında yaranan qalmaqalın təsadüfi olmadığından əmindir.

“Bu videonu kimin paylaşdığını bilmirik, amma bu, uşaqların və onların valideynlərinin razılığı olmadan edilib. Bu faktı da ayrılıqda yoxlamaq lazımdır. Qalmaqala gəldikdə isə rəqsin bu cərəyanı artıq çox populyardır və internetdə bundan da açıq çarxlar tapmaq mümkündür” - qadın qeyd edib.

Məlum olub ki, açıq-saçıq rəqsi ilə məşhurlaşan “tverkinq” üzrə sinif bağlanıb, “arı” qızlar isə hip-hop və klassik xoreoqrafiya üzrə dərs alacaqlar.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *