Siyasətçi qadının açıq-saçıq geyimi qalmaqala səbəb oldu – FOTO
Kopenhagen universitetinin 21 yaşlı tələbəsi Nikita Klaestrup danimarka siyasi təşkilatının 110 illik yubileyinə açıq-saçıq paltarda gəlməklə qalmaqala səbəb olub.
ANS PRESS-in məlumatına görə, Nikita bu siyasi təşkilatın yerli bölməsinin rəhbəridir.
Siyasi təşkilat "Gənc mühafizəkarlar" (Konservativ Ungdom) adlanır.
Nikita geyiminə görə qətiyyən utanmayaraq öz seçimini gözəl görünməklə izah edib.
Bundan başqa, o ümumiyyətlə şəkil çəkdirməyi sevdiyini və siyasi fəaliyyətinə görə heçnədən çəkinmədiyini qeyd edib.
Mənbə:> ANSPRESS