Azərbaycanda repititor, bağban, ustalar dövlətə vergi ödəyəcəklər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda repititor, bağban, ustalar dövlətə vergi ödəyəcəklər

Azərbaycanda repititor, bağban, ustalar dövlətə vergi ödəyəcəklər


Patent vergisi diferensial qaydada toplanacaq.

Patent vergisinin tətbiqi ilə bağlı yeni qanun layihəsi hazırlanıb.

Aznews.info xəbər verir ki, Vergilər nazirinin müavini İlkin Vəliyevin Fins.az-a verdiyi məlumata görə, hazırda layihə müzakirə olunur.

O bildirib ki, patent vergisi repititorlar, bağbanlar, müxtəlif təmir və tikinti işləri görən ustalar, dil təlimçiləri və bu kimi fərdi qaydada xidmət göstərən şəxslərə tətbiq ediləcək. Həmin şəxslərin dəqiq siyahısı və ödənişin məbləği müəyyənləşdirilir. Nazir müavini patent vergisinin 50 manat və daha artıq olacağını istisna etməyib.

İ.Vəliyevin sözlərinə görə, bu vergi növü diferensial qaydada toplanacaq. Belə ki, bölgələrdə həmin xidmətlər paytaxla müqayisədə aşağı olduğundan vergi ödənişləri də fərqli olacaq.

Qeyd edək ki, patent vergisinə cəlb olunan şəxslərin qeydiyyatı və ödənişləri ənənəvi qaydada olmayacaq. Belə ki, onlar VÖEN almayacaqlar, hesab açmayacaqlar, vergi hesabatları verməyəcəklər. Çünki bu texniki cəhətdən mümkün deyil.

Xatırladaq ki, sadələşmiş vergi ödənişi də diferensial qaydada toplanır. Regionlar üçün bu məbləğ 2%, Bakıda isə 4% müəyyən edilib.

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *