Əmək münasibətlərinə vergi nəzarəti haqqında konsepsiya hazırlanıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Əmək münasibətlərinə vergi nəzarəti haqqında konsepsiya hazırlanıb

Əmək münasibətlərinə vergi nəzarəti haqqında konsepsiya hazırlanıb


Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən vergi ödəyiciləri fiziki şəxslərin aylıq gəlirlərini hesablayaraq qanunda nəzərdə tutulan dərəcələrə uyğun olaraq, ödəmə mənbəyində gəlir vergisi tutmalıdır.

Bu barədə Oxu.Az-a Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunub ki, fiziki şəxslərin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 250 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 misli məbləğində olan hissəsi (2015-ci il üzrə 140 manat) azaldılır. İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən və vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən fərdi sahibkarlar və xüsusi notariuslar da yuxarıda göstərilən dərəcələrə uyğun olaraq ödəmə mənbəyində gəlir vergisi tutmalıdır.

Həmçinin gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməli, həmin müddətədək də ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

Vergilər Nazirliyi tərəfindən əmək münasibətlərinə vergi nəzarəti haqqında konsepsiya hazırlanıb. Konsepsiya vergi nəzarəti tədbirləri ilə əhatə olunan vergi ödəyicilərində muzdlu işlə əlaqədar ödənilmiş gəlir vergisi üzrə uyğunsuzluqların araşdırılması və kənarlaşmalar üzrə fərdi yanaşma prinsipi əsasında vergilərin hesablanmasını müəyyən edir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *