Dünya erməniləri Sarkisyana vergi verəcək
Ermənistan Parlamenti sensasiyalı qanun layihəsi müzakirə edir, layihəyə uyğun olaraq bütün erməni əmək mühacirləri Ermənistan büdcəsinə vergi ödəməlidirlər.
Oxu.Az xəbər verir ki, bu barədə lragir.am saytı yazıb.
Maliyyə nazirinin müavini Vaxtanq Mirumyan layihəni təqdim edərkən, dəyişikliklərin qəbul edilməsi zamanı, əgər əmək müqaviləsi Rusiya Federasiyası rezidentləri ilə bağlanırsa və müqavilə Ermənistan sərhədlərindən kənarda yerinə yetirilirsə, Ermənistana gəlir vergisinin 13% həcmində ödənilməli olduğunu qeyd edib.
Bu, əsasən inşaat sahəsindəki işlərə aiddir. Başqa sözlə desək, hökumət ölkənin sərhədlərindən kənarda inşaat sahəsində çalışan Ermənistan vətəndaşlarını ölkənin büdcəsinə gəlir vergisi ödəməyə sövq edir.
Layihə deputatlar arasında narazılığa səbəb olub, onlar hökumətin mühacirətin qarşısını almaqdansa qastarbayterləri vergi ödəməyə məcbur etməyə çalışdığını bildiriblər.
Mənbə:> Oxu.Az