Nağdsız ödənişlərə vergi güzəştləri olacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Nağdsız ödənişlərə vergi güzəştləri olacaq

Nağdsız ödənişlərə vergi güzəştləri olacaq


Rəqəmsal ticarətdə vergiqoyma dəyişəcək.

“Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması üçün bir neçə yeni təklif hazırlanıb”.

Oxu.Az xəbər verir ki, Fins.az-ın məlumatına görə bunu jurnalistlərə vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

İ.Vəliyev qeyd edib ki, nağdsız ödənişlərə tətbiq edilən vergi dərəcəsi də azaldıla bilər:

“Təkliflərdən biri budur ki, 1 000 manatdan yuxarı bütün ödənişlər nağdsız olmalıdır. Digər təklif isə bu ödənişlərə vergi güzəştləri ilə bağlıdır”.

Nazir müavini deyib, nümunəvi vergi ödəyiciləri ilə bağlı da müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bundan başqa, nazir müavini bildirib ki, ölkədə rəqəmsal ticarətin vergiyə cəlb edilməsi və transfer qiymətləri ilə bağlı qanunvericiliyə dəyişikliklər nəzərdə tutulub.

“BMT və iqtisadi əməkdaşlıq təşkilatlarının transfer qiymətləri ilə bağlı müəyyən qaydaları var və biz bu təcrübədən yararlanacağıq”.

Nazir müavini qeyd edib ki, “Tax free”nin bütün sərhəd keçid məntəqələrində tətbiqi planlaşdırılır:

“İyundan “Tax free” tətbiq edilib. Bu günə olan məlumata görə, artıq 45 minə yaxın şəxsə 104 min manata qədər ƏDV qaytarılıb. Bu isə dövriyyənin 2 mln. manat olduğunu göstərir”.

İ.Vəliyev deyib ki, vergi sisteminin differensiallaşdırılması ƏDV-nin azalmasına xidmət edir.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *