Kiyevdə “Azərbaycan Bayrağı” beynəlxalq intellektual festivalı keçiriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Kiyevdə “Azərbaycan Bayrağı” beynəlxalq intellektual festivalı keçiriləcək – VİDEO

Kiyevdə “Azərbaycan Bayrağı” beynəlxalq intellektual festivalı keçiriləcək


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, eləcə də Ukrayna Klubları Liqasının vasitəçiliyi ilə “Atəşgah” İntellektual Oyunlar Klubu Azərbaycan Respublikasının Bayraq gününə həsr edilmiş beynəlxalq intellektual festival keçirəcək.

Oxu.Az xəbər verir ki, festival Azərbaycan İntellektual Oyunlar Federasiyasının və Avropanın İntellektual Klublar Birliyinin rəhbərliyi altında 2016-cı ilin noyabrın 12-13-də Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.

Festival çərçivəsində “Nə? Harada? Nə zaman?” və “Xəmsə” milli intellektual oyunları üzrə turnirlər təşkil ediləcək, həmçinin “Kiyevskie Kruçi” beynəlxalq sinxron turnir keçiriləcək.

Festivalın təşkilat komitəsinin sədri İlkin Yetirmişlinin sözlərinə görə, tədbirlərin keçirilməsinin əsas məqsədi ağıl oyunları vasitəsilə xarici intellektualları Azərbaycan xalqının mədəni və tarixi irsi ilə tanış etməkdir.

Redaktor qrupuna: Aleksandr Kudryavtsev (Nikolayev), Aleksandr Korobeynikov (Saratov), Maksim Merzlyakov (Voronej), Serafim Şibanov, Yevgeni Kalyukov (Moskva) və Dmitri Başuk (Xarkov) daxildir.

Festivalın aparıcısı məşhur intellektual və teleaparıcı Ales Muxin olacaq.

“Azərbaycan bayrağı - 2016” – Azərbaycana həsr olunmuş sayca altıncı beynəlxalq intellektual festivaldır. Daha öncə festival Riqa, Sankt-Peterburq, Minsk, Vilnüs və Kalininqradda keçirilib.

Daha öncə keçirilən festivalların videoları:


Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *