Kalininqradda “Azerbaijan: Land of Fire” beynəlxalq intellektual festival keçiriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Kalininqradda “Azerbaijan: Land of Fire” beynəlxalq intellektual festival keçiriləcək

Kalininqradda “Azerbaijan: Land of Fire” beynəlxalq intellektual festival keçiriləcək

“Atəşgah” İntellektual Oyunlar Klubu və Azərbaycan İntellektual Oyunlar Federasiyası Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, həmçinin Avropa İntellektual Klublar Birliyinin əməkdaşlığı ilə “Azerbaijan: Land of Fire” beynəlxalq intellektual oyunlar festivalı keçirəcək.

Oxu.Az xəbər verir ki, festival 2016-cı il iyulun 9-10-da Kalininqrad şəhərindəki “Radisson” hotelinin konfrans zalında baş tutacaq.

Azərbaycan İntellektual Oyunlar Federasiyası və Avropa İntellektual Klublar Birliyinin himayəsi altında keçiriləcək festivalın proqramına “Nə? Harada? Nə vaxt?” oyunu, həmçinin “Xəmsə” milli intellektual oyunu və “Bilik quyusu” beynəlxalq sinxron turniri üzrə yarışlar daxildir.

Təşkilat komitəsinin rəsmisi İlkin Yetirmişlinin sözlərinə görə, festivalın keçirilməsində məqsəd xarici biliciləri intellektual oyunlar vasitəsilə Azərbaycan xalqının mədəni və tarixi irsi ilə tanış etməkdir.

Redaktorlar komandasına daxildirlər: Aleksandr Karabeynikov (Saratov), Dmitri Borok (Samara), Aleksandr Kudryavtsev (Nikolayev), Maksim Merzlyakov (Varonej), Timur Barskiy (Təl-Əviv), Dmitri Başuk (Xarkov) və Yevgeni Kalyukov (Moskva).

Festivalın aparıcısı tanınmış bilici İlya Novikov olacaq.

Bu, Azərbaycana həsr olunmuş sayca beşinci beynəlxalq intellektual festivaldır. Riqada təşkil edilmiş ilk bu cür festivala yalnız MBD məkanından deyil, həmçinin Avropa ölkələrindən çox sayda komanda qatılmışdı. İkinci festival Sankt-Peterburqda keçirilmiş və bilicilər tərəfindən yüksək qiymətləndirilmişdi. Üçüncü festival Minsk şəhərində, dördüncü festival isə 2015-ci ildə Vilnüsdə baş tutmuşdu.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *